RU

13 yaşlı qız avtomobili ağaca çırpdı – 1 ölü, 6 yaralı - FOTO

Yeniyetmənin idarə etdiyi minik avtomobili ağaca çırpılıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Primorsk diyarında baş verib.

Məlumata görə, 13 yaşlı qız idarə etdiyi avtomobillə hərəkətdə olan zaman sükan idarəetməsini itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Qəza nəticəsində 1 nəfər (33 yaşlı kişi) ölüb, 6 nəfər isə xəsarət alıb.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

FOTO QALEREYA
Избранный
42
1
avtosfer.az

2Источники