Goranboyda yol qəzası olub. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki yük avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmasa da yük avtomobillərinə ciddi ziyan dəyib. Qəzadan sonra yolda avtomobillərin hərəkətində çətinliklər yaranıb. Əraziyə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта