RU

"2025-ci ilin US Open qalibi amerikalı olacaq"

Yeddiqat Böyük Şlem çempionu Con MaKinroynun qardaşı Patrik MaKinroy 2025-ci il ABŞ Açıq Turniri (US Open) ilə bağlı cəsarətli proqnoz verib.

90deqiqe.Az xəbər verir ki, "Tennisnow" tennisçinin dediklərini belə çatdırıb.

“Bu il risk edərək deyirəm: "US Open"in kişilər kateqoriyasında qalibi amerikalı olacaq. Kim olduğunu deyə bilmərəm, çünki bir neçə gənc oyunçunun şansı var.

Sinner və Alkaras növbəti üç-dörd il ərzində dominant olacaq. Amma düşünmürəm ki, onlar bütün Böyük Şlem turnirlərini qazanacaqlar.

Mənim hissim deyir ki, bu il sürpriz olacaq və buna görə də qalib amerikalı olacaq. Kim olduğunu təxmin edin, amma mən sizə deməyəcəm”.

Избранный
90
90deqiqe.az

1Источники