RU

“Qalatasaray” Karlos Kuestanı satdı

Rusiyanın "Spartak" klubu "Qalatasaray"ın oyunçusunu transfer edib.

“İki sahil” xəbər verir ki, rusiyalılar müdafiəçi Karlos Kuestanı heyətinə cəlb ediblər.

Transferin məbləği 8 milyon avro ödəniləcək. 26 yaşlı kolumbiyalı futbolçu bu gün Rusiyaya yola düşəcək və tibbi müayinədən keçəcək.

Qeyd edək ki futbolçu 2025-ci ilin fevral ayından formasını geyindiyi "Qalatasaray"da bütün turnirlərdə 9 oyuna çıxıb qol və ya assistlə fərqlənməyib.

Kuestanı daha əvvəl "Genk" və "Atletiko Nasional" komandalarında da çıxış edib.

Избранный
19
2
ikisahil.az

3Источники