RU

Regionda böyük müharibənin anonsu verildi: İranla birgə bu ölkə qoşulacaq…

  ABŞ və İsrailin öncüllük etdiyi Qərb koalisiyası ilə İran arasında genişmiqyaslı hərbi toqquşma yaxın gələcəkdə reallaşa bilər.

Bu barədə hərbi analitik, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, son 12 günlük gərginlik İsrailin İranın nüvə proqramını hərbi əməliyyatlar üçün bəhanə kimi istifadə etməyə hazır olduğunu göstərib. Ekspertin fikrincə, hətta rəsmi səbəblər olmadan da əməliyyatların başlaması mümkündür:

“İranın mühüm geosiyasi oyunçu kimi sıradan çıxarılması İsrail rəhbərliyinin bir nömrəli vəzifəsidir. Bu həm də ABŞ və kollektiv Qərbin digər dövlətləri üçün prioritet məsələdir,” – deyə Korotçenko vurğulayıb.

 
O əlavə edib ki, ABŞ-ın müdaxilə üçün həmişə bəhanə tapa biləcəyini Donald Trampın dövründə İranın nüvə obyektlərinə mümkün zərbələr barədə açıqlamalar da sübut edir.

Korotçenko hesab edir ki, vəziyyətin inkişafı gözlənilməzdir, lakin ən pis ssenarilərə hazır olmaq lazımdır:

“Bu məqamın gəlib-gəlməyəcəyini zaman göstərəcək. Amma İsrail də daxil olmaqla Qərb koalisiyası ilə İran arasında böyük müharibə faktiki olaraq qaçılmaz gələcək kimi görünür”./Globalinfo.az  

Избранный
16
1
referans.az

2Источники