RU

Rumıniya bazalarını NATO ya verməyə hazırdır

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rumıniya Ukraynada davamlı sülhün əldə edilməsinə töhfə kimi hərbi bazalarını NATO müttəfiqlərinə verə bilər.

"Report"un məlumatına görə, bunu "Antena 1" telekanalına müsahibəsində Rumıniyanın Baş naziri İliye Bolojan deyib.

Avropa liderlərinin ABŞ-nin Rumıniyada təhlükəsizlik zəmanətləri çərçivəsində F-35 qırıcılarının yerləşdirilməsi xahişinə hökumətin münasibəti ilə bağlı sualı cavablandıran hökumət başçısı vurğulayıb ki, bu zəmanətlər üzrə müttəfiqlərlə danışıqlar zamanı Rumıniya Ukraynaya qoşun yeritməyəcəyini bəyan edib.

“Müttəfiqlərimizlə müzakirələrdə ikinci məsələ ondan ibarət idi ki, Rumıniyanın NATO-ya üzvlüyünü nəzərə alaraq, hələ də bizim qüvvələrimiz və NATO qüvvələri tərəfindən birgə idarə olunan hərbi bazalarımız Alyans, ABŞ qoşunları və digər müttəfiqlər tərəfindən istifadə oluna bilər”, - Bolojan deyib. “Bu, deyək ki, Rumıniyanın Ukraynada davamlı sülhə dəstək verməyə, hərbi bazalarımızı NATO müttəfiqlərinə təqdim etməyə töhfəsi ola bilər”, - o əlavə edib.

Rumıniya Müdafiə Nazirliyi avqustun 21-də bəyanat yayaraq bildirib ki, ölkə müttəfiqlərin təhlükəsizlik zəmanətləri ilə bağlı bütün qərarlarından xəbərdardır və bu qərarlarda iştirak edəcək. “Rumıniyanın hərbi hava qüvvələri infrastrukturu çəkindirmə və müdafiə baxımından Şimali Atlantika Alyansının şərq cinahında güclü elementdir”, - sənəddə vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
2
sherg.az

3Источники