RU

ABŞ-da Katolik Universitetində atışma oldu

ABŞ-ın Pensilvaniya ştatının Villanova Universitetində atışma baş verib.

Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Məktəb tələbələri Scarpa Hall Hüquq Məktəbindən uzaq durmağa çağırıb. Universitetdən bildirilib ki, daha ətraflı məlumat daha sonra açıqlanacaq.

Hüquq-mühafizə orqanları hüquq fakültəsində zərərçəkmiş və ya şübhəli şəxslərin olub-olmamasını yoxlayır, lakin atışmanın dəqiq nə ilə bağlı olduğu hələlik məlum deyil.

Telekanalın hadisə yerindən görüntülərində çoxlu sayda silahlı təhlükəsizlik qüvvələrinin damda olduğu görünür.

Избранный
18
1
publika.az

2Источники