ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Mançester Yunayted" hücumçusu Rasmus Heilundun "Napoli"yə transferinə razılaşıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkə hesabında paylaşım edib.
"Mankunianlar" futbolçunu almaq öhdəliyi olmadan beə İtaliya klubuna icarəyə verməyə hazırdı. Futbolçunun özü isə öhdəliyin müqaviləyə salınmasını istəyir.
Heilundun İngiltərə təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı oyunçunun dəyərini 35 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Heilund 2024/25 mövsümündə bütün turnirlərdə 52 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.