RU

Agent "Krasnov" ABŞ kəşfiyyat qurumlarına qarşı savaşını davam etdirir: MKİ-nin Rusiya üzrə analitikini də işdən çıxardı..

ABŞ prezidenti Donald Tramp Rusiya istiqamətinə nəzarət edən və Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı hesabatın hazırlanmasına kömək edən Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ-CİA) ən yüksək vəzifəli zabitlərindən birini vəzifəsindən kənarlaşdırıb.
 
Moderator.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu haqda "The Economist" məlumat yayıb.

Təfərrüatlar: 
 
"The Economist"-in yazdığına görə, zabit 20 ildən çox ABŞ kəşfiyyat agentliyində çalışıb və 2016-cı ildə Rusiya və Avrasiya üzrə yüksək vəzifəli şəxs kimi Kremlin Trampın xeyrinə seçkilərə müdaxiləsi ilə bağlı hesabat üzərində işi əlaqələndirib. O, daha sonra MKİ-nin Rusiya və keçmiş Sovet İttifaqı üzrə təhlili və əməliyyatlarına cavabdeh olan bölməyə rəhbərlik edib.
 
"Onun karyerası gözlənilmədən - avqustun 19-da Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardın "Konstitusiyaya andlarına xəyanət etməkdə" ittiham olunan 36 digər hazırkı və keçmiş məmurla birlikdə onun məxfi informasiyaya girişdən məhrum edilməsi ilə başa çatıb.
 
Tramp administrasiyası əvvəllər də məxfilik icazələrini təqaüdçü məmurlara qarşı siyasi silah kimi istifadə edib. Lakin sözügedən CIA zabiti, 2016-cı il hesabatı ilə əlaqəli olan digər iki nəfər - Şelbi Person və Vin Nquen  Tramp-ın uzaqlaşdırdığı ən yüksək səviyyəli aktiv kəşfiyyat zabitləri arasındadır. Bu addımlar onun ABŞ kəşfiyyat agentliklərinə və xüsusi xidmət qurumlarına qarşı müharibəsində dramatik eskalasiyanı göstərir”.
 
Təfərrüatlar: 
 
"The Economist" öyrənib ki, yüzlərlə analitik və digər personala nəzarət edən zabitin vəzifəsindən uzaqlaşdırılması bir çox hazırkı kəşfiyyat rəsmiləri arasında təşviş yaradıb.
 
Məxfi məlumatlara giriş icazəsi ləğv edilmiş CİA-nın keçmiş zabiti Larri Pfayfer deyir ki, icazəni itirmək “karyeranı bitirir”. Bir çox məmur təqaüdə çıxdıqdan sonra məsləhətçi kimi işləmək üçün məxfi məlumata icazəyə ümid edirlər.
 
Aprel ayında Qabbardın köməkçisi analitiklərə təzyiq göstərib ki, "Tren de Araqua" bandası ilə bağlı qiymətləndirmələrini Trampın siyasətinə uyğunlaşdırmaq üçün dəyişdirsinlər. İyun ayında Tramp həmçinin İranın nüvə obyektlərinin məhv edilməsi ilə bağlı iddialarına zidd olan Müdafiə Kəşfiyyat Agentliyinin kəşfiyyat məlumatlarını sızdırılmasını tənqid edib.
 
 "Sanksiyaya məruz qalan 37 zabitin çoxu Rusiya ilə bağlı məsələlərdə yalnız qısa və uzun müddət çalışıb. Nguyen isə Milli Təhlükəsizlik Agentliyinin (NSA) baş informasiya əməkdaşı idi.
 
Daxili mənbələr "The Economist"-ə həftələr əvvəl onun "federal hökumətdə süni intellektlə bağlı ən şüurlu insan" olduğunu söylədi. Agentliyin direktoru general Timoti Ho və onun baş vəkili Aprel Dos müvafiq olaraq aprel və iyul aylarında işdən çıxarılıb. Digərləri, görünür, yalnız Trampı tənqid etdikləri üçün hədəfə alınıb.
 
Xatırladılır ki, bundan əvvəl ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Ukrayna-Rusiya danışıqlarına dair kəşfiyyat məlumatlarının hətta yaxın müttəfiqləri ilə də paylaşılmasını qadağan edən göstəriş verib. 
 
Xatırladaq ki, Tramp hələ ilk prezidentliyi dövründən sanki ABŞ-ın xüsusi xidmət qurumlarına sarsıtmaqla məşğuıdur. Hələ  2019-cu ilin yanvarında o, Mərkəzi
 
Kəşfiyyat İdarəsinin direktoru Ceyms Koumini işdən çıxardıqdan şübhə altına düşüb. ABŞ-ın hüquq-mühafizə orqanlarının rəsmiləri Trampın Rusiyaya işləməsindən şübhələnməyə və narahat olmağa başlayıblar. Bu şübhələrin nəticəsi olaraq MKİ-də Trampın fəaliyyətini təhqiq etmək qərarına gəiblər.
 
Trampın ikinci prezidentliyinin ilk aylarında isə onu  hələ 40 il öncədən SSRİ "KQB"-si tərəfindən "Krasnov" ləqəbli agent kimi ələ alınması haqda ciddi məlumatlar meydana çıxıb. 
 
S.Laçın
Избранный
35
moderator.az

1Источники