RU

Premyer Liqa: “İmişli” “Neftçi”yə, “Qarabağ” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turuna start veriləcək.

Arena.az ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “İmişli” Şamaxıda “Neftçi”nı qəbul edəcək. Bu oyunun baş hakimi Rauf Cabbarov olacaq. Debütant mövsümə uğursuz başlamış “Neftçi” ilə oyunda ilk xalını qazanmağa çalışacaqsa, “ağ-qaralar” ilk qələbəni hədəfləyiblər.

Günün digər oyunu son çempion “Qarabağ”la “Sumqayıt” arasında baş tutacaq. Yeni mövsümdə ilk oyununu keçirəcək Ağdam klubu ev oyunundan qələbə ilə ayrılmağa çalışacaq. “Sumqayıt” isə mövsümə uğurlu startın davamını gətirməyə ümid bəsləyir. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.

Premyer Liqa
2-ci tur

22 avqust

“İmişli” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu, 17:00.

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azersun Arena”, 19:30.

23 avqust

“Kəpəz” – “Karvan-Yevlax”
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 19:00.

24 avqust

“Şamaxı” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 17:00.

“Turan Tovuz ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azersun Arena”, 19:30.

25 avqust

“Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 19:00.

Избранный
2
2
arena.az

3Источники