RU

Xarici saytlardan sifariş zamanı əlavə ödəniş niyə tutulur?

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azpost.az-a müraciət edən vətəndaş LeoBank vasitəsilə Aliexpress-dən sifariş edərkən artıq məbləğ tutulduğunu bildirib. Onun sözlərinə görə, sifariş üçün ümumilikdə 285,42 manat ödəniş edilib. Lakin ödəniş zamanı bank tərəfindən əlavə 43 manatlıq çıxarış qeydə alınıb.

Müştəri sifarişi ləğv etdikdən sonra yalnız 237,88 manat geri qaytarılıb, qalan məbləğin isə ödənilmədiyini qeyd edib:

“Bank məndən əlavə pul tutdu, sifarişi ləğv etdim. Amma geri qaytarılan məbləğ mənim ödədiyimlə üst-üstə düşmür. İndi qalan pulu ala bilmirəm. Bu, nə dərəcədə doğrudur? Vergilər Nazirliyi də məsələyə diqqət yetirsin”.

Mütəxəssislər bildirirlər ki, burada bankın birbaşa günahı yoxdur. Xarici platformalardan edilən alış-verişlər zamanı ödəniş dollara yönləndirilir. Müştəri isə manatla ödədiyi üçün valyuta konvertasiyası aparılır və bu prosesdə müəyyən komissiya tətbiq olunur. Bundan əlavə, Azərbaycan qanunvericiliyinə əsasən xarici onlayn alış-verişlərə 18 faiz ƏDV hesablanır.

Nəticədə vətəndaşın ödədiyi məbləğ ilə geri qaytarılan pul arasında fərq yaranır.

Mütəxəssislər belə hallarda vətəndaşların əvvəlcə bankla, daha sonra isə zərurət yaranarsa, Mərkəzi Bank və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlamasını tövsiyə edirlər.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
48
1
azpost.info

2Источники