ABŞ Hərbi Dəniz Qüvvələrinin Karib dənizinə istiqamətlənən üç döyüş gəmisinin və təxminən 4000 əsgərin hərəkəti Latın Amerikasında ciddi narahatlıq və gərginlik yaradıb. Xüsusilə Venesuelaya mümkün hərbi müdaxilə ilə bağlı yayılan məlumatlar bölgədə siyasi və təhlükəsizlik mühitinin daha da qeyri-sabitləşməsi riskini artırır. Bu hərbi addımların arxasında duran səbəblər, ABŞ-ın Venesuela siyasətindəki strateji məqsədləri və regional güc balansına təsirləri geniş müzakirə mövzusudur.
ABŞ-ın Venesuelaya qarşı açıq hərbi əməliyyat həyata keçirməsi mümknüdür?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-ın Venesuelaya qarşı açıq hərbi müdaxilə ehtimalı hələlik çox aşağı görünür:
“Hazırda Vaşinqtonun prioritetləri başqa sahələrdə cəmləşib və Ağ Ev bu istiqamətdə ciddi planlaşdırma aparmır. Əgər ABŞ Venesuelaya hərbi əməliyyat təşkil etmək fikrində olsaydı, bu addımı çox ehtiyatla və qəfil həyata keçirərdi, əvvəlcədən xəbər verməzdi”.
K.Novruzov qeyd edib ki, belə bir müdaxilə ABŞ Prezidenti Donald Trampın “sülh lideri” imicinə və beynəlxalq nüfuzuna ciddi zərbə vurardı:
“Onun reputasiyasını qorumaq və daxili siyasi mövqeyini gücləndirmək baxımından bu cür açıq və riskli addım ona sərf etmir. Üstəlik, ABŞ-ın hazırkı strategiyasında Venesuela məsələsi kənarda qalıb və Ağ Ev bu problemi diplomatik və iqtisadi vasitələrlə həll etməyə üstünlük verir. Bu səbəbdən, yaxın gələcəkdə ABŞ-ın Venesuelaya qarşı hərbi müdaxiləsi ehtimalı çox məhduddur və bu, daha çox regionda siyasi gərginliyi artıran spekulyasiyalar kimi qiymətləndirilməlidir”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта