Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Ekologiya.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində.