RU

Media nümayəndələri Kəlbəcərdə “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”da olublar

Media nümayəndələri Kəlbəcərdə yerləşən “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”da olublar.

APA-nın yerli bürosunun məlumatına görə, jurnalistlərə mağaza barədə məlumat verilib.

Bildirilib ki, bu layihə təkcə arıçılığın inkişafı baxımından deyil, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi dirçəlişin təmin olunması, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və regionun kənd təsərrüfatı potensialının gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.

Избранный
56
apa.az

1Источники