RU

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

Avqustun 21-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

Избранный
28
25
operativmedia.az

10Источники