Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Amerika korporasiyası “ExxonMobil”in 2022-ci ildə tərk etdiyi “Saxalin-1” neft-qaz layihəsindəki payını geri qaytarmaq üçün yerinə yetirməli olduğu şərtləri sadalayan fərman imzalayıb.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, fərmanda Qərbin Rusiyaya qarşı sanksiyalarının aradan qaldırılması, idxal olunan avadanlıq və texnologiyanın tədarükünün bərpası, layihə çərçivəsində maliyyə əməliyyatlarına yardım kimi tələblər yer alıb.
“Saxalin-1” layihəsi Saxalin adasının şimal-şərqində yerləşən üç dəniz yatağını əhatə edir. Burada çıxarıla bilən ehtiyatlar 307 milyon ton neft və 485 milyard kubmetr qazla qiymətləndirilir. Layihənin operatoru olan “ExxonMobil” 2022-ci ilin martında Rusiya bazarını tərk etdiyini açıqlamış, oktyabrda isə Kremlin qərarı ilə şirkətin hüquq və öhdəlikləri “Rosneft”in törəməsi olan “Sakhalinmornefteqaz-Şelf”ə verilib. “ExxonMobil” həmin ilki itkilərini 2,3 milyard dollar dəyərində qiymətləndirib.
Ekspertlərə görə, “ExxonMobil”in geri qaytarılması ehtimalı Rusiya ilə ABŞ arasında iqtisadi münasibətlərin bərpası üçün simvolik məna daşıyır. “Alfa Bank”ın baş analitiki Nikita Bloxin hesab edir ki, bu addım Vaşinqtonla dialoqun mümkün olduğuna işarədir:
“Söhbət böyük Amerika şirkətindən gedir və əgər “ExxonMobi” qayıdarsa, digər sərmayədarların da geri dönməsi istisna deyil”.
Analitiklər hesab edir ki, əgər “ExxonMobil” geri dönsə, onun ardınca “Baker Hughes”, “Halliburton” və SLB kimi ABŞ-nin neft-mədən xidmətləri şirkətləri də Rusiya bazarına maraq göstərə bilərlər.
Lakin bəzi mütəxəssislər Qərb şirkətlərinin yaxın zamanda geri dönməsini real hesab etmir. Onların fikrincə, dəyişən qlobal enerji bazarı və geosiyasi risklər bu prosesi xeyli mürəkkəbləşdirir.Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.