“Lion”un futbolçusu Malik Fofana Avropanın top-klublarının diqqət mərkəzinə düşüb.
sPORTİNFO.az “Ekip”-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun transferi ilə “Arsenal” və “Bayern” maraqlanır.
Hazırda belçikalı oyunçu üçün rəsmi təklif yalnız “Everton”dan gəlib. İngiltərə klubu 36 milyon avro təklif etsə də, “Lion” bu məbləği qəbul etməyib.
Maliyyə çətinliklərini nəzərə alsaq, Fransa klubunun Maliki satmaq ehtimalı yüksəkdir. O, ötən il “Gent”dən 19,5 milyon avroya “Lion”a keçib və elə həmin il Belçika millisində debüt edib.
Gənc futbolçu son mövsümdə 41 oyunda iştirak edib, 11 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.