RU

Sponsorlar ilk dəfə çempionata qatılacaq komandadan İMTİNA EDİB

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu mövsüm I Liqada debüt edəcək "Şimal" ağır vəziyyətlə üzləşib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, ötən sezon II Liqada üçüncü yeri tutaraq bir üst çempionata birbaşa vəsiqə qazanan Xaçmaz təmsilçisi bütün himayədarlarını itirib.

Son iki ildə komandaya maliyyə dəstəyi vermiş sponsorlar bir-birinin ardınca geri çəkilib. Nəticədə "Şimal" tamamilə AFFA-nın onlara ayırdığı dotasiyanın ümidinə qalıb.

Yerli İcra Hakimiyyəti və iş adamlarına, rayonda fəaliyyət göstərən müxtəlif şirkətlərə bununla əlaqədar müraciət olunub, lakin onlar da dəstək verməkdən imtina edib. Hərəsi bir bəhanə gətirərək, yaxasını kənara çəkib.

Halbuki 7-8 ay əvvələ kimi durum fərqli idi: "Şimal"ın qış fasiləsində Misirə yollanaraq, tarixi Şarm-Şeyxdə təlim-məşq toplanışı keçməsi yadımızdadır. İndi isə lələ köçüb, yurdu qalıb, bütün yük kapitan Tural Cəlilovun üzərinə düşüb. O isə artıq faktiki olaraq komandanın rəhbəri və çalışdırıcısı kimi fəaliyyət göstərir. Kağız üzərində baş məşqçi olaraq Zaur Ramazanovun adı keçsə də…

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
2
icma.az

3Источники