RU

Sabirabadda yanğın törədən şəxs saxlanıldı

Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan XəzərNews.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlüOrxan Yordanidze tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

Xəbər 4 dəfə oxunub.
Избранный
13
42
xezernews.az

10Источники