RU

Kirayə mənzillər ən çox hansı ərazilərdə bahalaşıb? — QİYMƏTLƏR

"Kirayə bazarında mənzil satış bazarında olduğu kimi artım müşahidə olunur. Əgər bir qədər əvvəlki dövrə diqqət etsək görərik ki, 2023-cü illə müqayisədə 2024-cü ildə kirayə qiymətləri orta hesabla 10–12 faiz artıb".

Bu sözləri BAKU.WS-ə açıqlamasında əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə isə bu artım 13–15 faiz səviyyəsində davam edib və indi də edir:

"Bir otaqlı mənzillərin qiyməti 300 manatdan 400 manata yüksəlib, iki otaqlı mənzillərin qiyməti isə 700 manatdan 800–900 manata çatıb. Üç otaqlı mənzillər isə iki otaqlılara nisbətən ucuz 600-650 manat civarında təqdim olunur.

Избранный
8
5
demokrat.az

6Источники