“Qarabağ” və “Ferentsvaroş” (Macarıstan) arasındakı cavab qarşılaşmasının biletləri bu gün, saat 14:30-dan etibarən satışa çıxarılacaq.

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Biletləri “iTicket.az”-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); “Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, Budapeştdəki ilk oyunda "Qarabağ" 3:1 hesablı qələbə qazanıb. Cavab görüşü avqustun 27-də keçiriləcək.