“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”a 3:1 hesabı ilə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın təsnifat mərhələsində keçirdiyi 5 oyunda 5-ci qələbəsi olub.
Təsnifat mərhələlərinə ümumən 48 komanda qatılıb.
UEFA-nın hazırladığı statistik göstəricilərə əsasən, Qurban Qurbanovun komandası ən çox qalibiyyət əldə edənlər sırasında 1-ci yeri tutur.
İkinci-üçüncü yerdə hərəyə 4 qələbə ilə “Malmö” (İsveç) və “Pafos” (Kipr) qərarlaşıb.
“Qarabağ” daha bir göstəricidə TOP-5-in lideridir. Ağdam təmsilçisi təsnifat mərhələsində ən çox qol vuran komandadır - 13 qol.
Bu, orta hesabla hər oyuna 2,6 qol deməkdir. Siyahıda ikinci-üçüncü yerləri hərəyə 11 qolla “Malmö” və “Srvena Zvezda” (Serbiya) tutur.