RU

Ən bahalı qadın futbolçu oldu

Qadın futbolunda yeni transfer rekordu qeydə alınıb.

Milli.Az xəbər verir ki, Lizbet Ovalle "Orlando Prayd"a keçib.

Meksika yığmasının üzvü Lizbet Ovalle qadın futbolunda tarixi transferə imza atıb. O, ölkəsinin "Tiqres" klubundan ABŞ-ın "Orlando Prayd" komandasına rekord məbləğ qarşılığında transfer olunub.

Bu keçid üçün 1,5 milyon dollar ödənilib. Beləliklə, Ovalle qadın futbolu tarixində ən bahalı transferin müəllifi olub.

Избранный
18
2
demokrat.az

3Источники