RU

Abşeronda boya zavodunda yanğın

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən boya istehsalı zavodunda yanğın başlayıb, Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Daxili İşlər Nazirliyi bildirib ki, əraziyə polis və yol polisi əməkdaşları da göndərilib. Onlar ərazidə təhlükəsizlik və digər zəruri tədbirləri həyata keçirirlər.

Избранный
60
anews.az

1Источники