RU

Bu gün Türkmənistan–Azərbaycan–Özbəkistan üçtərəfli sammiti keçiriləcək

Bu gün Türkmənistanın “Avaza” milli turizm zonasında “Türkmənistan – Azərbaycan – Özbəkistan” formatında üçtərəfli sammit keçiriləcək.

Operativ Media xəbər verir ki, sammitin gündəliyinə ilk növbədə ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, enerji və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi daxildir. 

Danışıqların yekunlarına əsasən, birgə sənədlərin imzalanması və ikitərəfli danışıqların aparılması planlaşdırılır.

Избранный
77
operativmedia.az

1Источники