RU

Polis 70 nəfər şübhəlini saxlayıb


Avqustun 21-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

Mətləb

Избранный
23
25
baki-xeber.com

10Источники