Banqladeşin Cox’s Bazar ərazisində 4 500-dən çox tədris mərkəzinin fəaliyyətini dayandırması nəticəsində 227 500-dən artıq Rohingya uşağı təhsildən məhrum qalıb. UNICEF-in idarə etdiyi bu mərkəzlərin bağlanması humanitar böhranı daha da dərinləşdirib.
AzEdu.az-ın xarici mənbədən aldığı məlumata əsasən mütəxəssislər xəbərdarlıq edirlər ki, uşaqların məktəbdən kənarda qalması onların erkən nikah və uşaq əməyinə yönəlməsi riskini artırır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bildirir ki, qaçqınların təhsil, səhiyyə və sosial xidmətlərinin davam etməsi üçün təcili olaraq 256 milyon dollar tələb olunur, lakin indiyədək bu məbləğin yalnız kiçik hissəsi toplanıb.
Beynəlxalq təşkilatlar vəziyyəti “itirilmiş nəsil” təhlükəsi kimi qiymətləndirir və donor ölkələri daha sürətli dəstəyə çağırırlar.