RU

Üç Avropa dövlətinin XİN başçıları İranla bu gün birgə danışıq aparacaq

ain.az bildirir, Azpost portalına istinadən.

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri, həmçinin Aİ-nin ali nümayəndəsi Kaya Kallas ilə birgə telefon danışığı aparacaq.

AzPost bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi açıqlama verib.

Telefon danışığı zamanı nüvə məsələsi və İranın tələbləri, xüsusilə repressiv sanksiyaların ləğvi ilə bağlı, həmçinin İranın nüvə obyektlərinə qarşı törədilən cinayətkar hücumlara görə tərəflərin məsuliyyətə cəlb edilməsi zərurəti müzakirə olunacaq.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
azpost.info

2Источники