RU

Bölgə klubunda özbaşınalıq: Milli üzvü şikayət etdiyi üçün təhdid olunur

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan millisinin həndbolçusu Cavid İsmayılov "Kür" klubundan narazıdır. Bu barədə Sport24.az-a idmançının özü məlumat verib. O, bəzi məsələlərə görə bölgə təmsilçisindən narazı olduğunu bildirib: "Hansısa zədə alanda bizi özəl xəstəxanaya göndərirlər. Öz tibbi sığortamızın hesabına gedirik. Həm də xidməti müqavilə ilə çalışırıq. Nazirlər Kabinetinə bununla bağlı məktub yazmışam. VÖEN-ə bağlı bank hesabı açdırıblar, bunu məcburi ediblər. Bank hesabı açmayanda işə götürmürdülər. Nazirlik Kapinetindən bildirdilər ki, hazırda araşdırma gedir. Dünən məni Mingəçevir şəhərində İcra Hakimiyyətinə çağırmışdılar. Hətta Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Aran bölgəsi üzrə filialına da dəvət etdilər. Orda da görüşümüz oldu".Həndbolçu oyunçularla əmək müqaviləsinin bağlanmalı olduğunu diqqətə çatdırıb: "Klubda böyük yanlışlıqlar var. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirdilər ki, 192,1-ci maddə ilə iş açılacaq. Həmin iş də Bakıya göndərilir. Klubda direktor tamam başqa insandır, sənətdə isə başqasının adı gedir. İcazə alanda həmin adamın adı yazılır. Nazirlikdə şəxsi tanışlıqlarına görə başqa adamı qoyublar"."Əgər bu işdə qalib gəlsək, qarşı tərəf 20-25 min manat məbləğində məsuliyyətə cəlb olunacaq. Mən geridönüş etməyəcəyəm. Sonadək mübarizə aparacağam. Ailə problemlərimiz də olur, bəzən maaşlar üç ay gecikib. Bir dəfəlik maddi yardım istəmişəm, verməyiblər. Rəsmi olaraq nazirə də məktub yazmağa qoymurlar. Deyirlər ki, mətbuata məlumat versəniz, maaşınızdan 20-50 faiz kəsiləcək. Nazirə də müraciət etmək istəyəndə adamın "ağzından vururlar". Məktub yazıb qəbula yazılsanız, cərimələnəcəksiniz, klubdan qovulacaqsınız. Biz bəzi vaxtlar 2-3 ay maaşsız qalmışıq, gözləmişik. Amma avans istəyəndə geri çevirirlər. Hətta bu ayın əvvəlindəki iclasda da dedilər ki, maaşlar yeni mövsümdə də gecikə bilər".Həndbolçunun sözlərinə görə, əmək müqaviləsinə yalnız öz yaxınıarını əlavə ediblər: "Direktor Fuad Yanqildin, masajçı və fotoqraf. Çox qəribə hadisələr baş verir, vəziyyəti tuta bilmirik. Klubda iki direktor var. Öz ailə vəziyyətimlə bağlı müraciət etdim. Problemlərimin olduğunu və əlavə vəsaitin lazım olduğunu dilə gətirdim. Maaşı istədim. Vermədilər. Mən də geri çəkilməyəcəyəm. Haqqımızı tələb edirəm. Şikayətimiz qeydə də alınıb. İş icraata başlayacaq".Qeyd edək ki, "Kür" həndbol klubu Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
sport24.az

1Источники