RU

Paytaxtın bu küçəsinin piyadalaşdırılmasına başlanılır (FOTO)

Bakı.Trend:

Paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və QışParkının optimal şəkildə birləşdirilməsi imkanları təhlil olunub vəlayihə hazırlanıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumatyayıb.

Bildirilib ki,yaxın günlərdə şəhər sakinləri və qonaqların ənçox üz tutduğu məkanlardan biri olan İslam Səfərli küçəsi ilə bağlımütəxəssislər tərəfindən dünya təcrübəsinə əsaslanan layihəninicrasına başlanılacaq. 19–20-ci əsrlərə aid tarixi tikililərinəhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosununmərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur.Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindənbu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslamSəfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olmasısəbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkətiştirakçıları tərəfindən geniş istifadə olunur.

Qeyd olunub ki, bütün bunları nəzərə alaraq, piyadalar arasındapopulyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanınıəlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamiləpiyadalaşdırılması nəzərdə tutulur.

“Layihə, həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinininkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixiabidələrə marağını, gəzinti zamanı insanların təhlükəsiziyiniartıracaq.

İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdəavtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Bəziparklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrəköçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativvə kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün şəraityaradılacaq.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq,Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması,həmçinin geniş abadlıq-quruculuq işləri davam etdirilir”, -məlumatda deyilib.

Paytaxtın
Paytaxtın
Paytaxtın
Избранный
27
23
az.trend.az

10Источники