RU

Norveç İsrail qarşılaşmasından əldə etdiyi gəliri Qəzzaya yardım verəcək

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,federasiya bu addımı bölgədə baş verən humanitar iztirablara biganə qala bilməyəcəkləri üçün atdıqlarını bildirib. Federasiyanın prezidenti Lise Klaveness çərşənbə axşamı verdiyi açıqlamada deyib: “Nə biz, nə də digər təşkilatlar Qəzzada dinc əhalinin uzun müddətdir məruz qaldığı humanitar iztirablara və qeyri-mütənasib hücumlara biganə qala bilmərik. Gəlirləri orada həyatını xilas edən və təcili yardım göstərən humanitar təşkilatlara bağışlayacağıq.” Gələn həftə başlayacaq matç üçün bilet satışından gözlənilən gəlir hələ açıqlanmayıb. Federasiya UEFA və yerli polis ilə təhlükəsizlik tədbirləri üzərində işləyir və oyun zamanı 3000 bilet satılması planlaşdırılır. Ullevaal Stadionunun ümumi tutumu isə 26.000 nəfərdir. İsrail Futbol Federasiyası Norveçin addımına cavab olaraq, həmkarını HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumlarını və girov götürməsini pisləməyə çağırıb. Federasiya həmçinin Norveçi “pulun terror təşkilatlarına yönəlməməsinə” əmin olmağa çağırıb. Norveç hazırda seçmə qrupunda İsrail və İtaliyanı qabaqlayaraq ilk pillədədir. İtaliya Futbol Məşqçiləri Assosiasiyası (AIAC) isə İsrailin beynəlxalq yarışlardan müvəqqəti kənarlaşdırılmasını UEFA və FIFA-ya rəsmi şəkildə tövsiyə edib. AIAC-ın vitse-prezidenti Giancarlo Camolese bildirib: “Biz sadəcə oyunlara diqqət yetirə bilərik, amma bu düzgün deyil. İnsanlıq və vicdanımızın tələb etdiyi hərəkəti etməliyik.” Qrupdakı digər oyunlarda İtaliya sentyabrın 8-də Macarıstanın Debrecen şəhərində neytral meydanda İsraillə qarşılaşacaq, oktyabrın 14-də isə Udinedə cavab matçı keçiriləcək.

 

Избранный
21
Ajans.az

1Источники