RU

"Mançester Siti" futbolçusu ilə yeni müqavilə imzaladığını elan edib

İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" müdafiəçisi Ruben Diaşla müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı portuqaliyalı futbolçu 2029-cu ilə qədər "şəhərlilər"in uğurları üçün çalışacaq.

Onun əvvəlki sözləşməsinin müddəti 2027-ci ildə başa çatacaqdı.

Qeyd edək ki, R.Diaş 2020-ci ildən "Mançester Siti"də çıxış edir. O, komandanın heyətində keçirdiyi 222 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
6
2
report.az

3Источники