RU

Bu küçənin piyadalaşdırılmasına başlanılır

Bu haqda  Ajans.az-a AYNA-dan bildirilib. “19–20-ci əsrlərə aid tarixi tikililərin əhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosunun mərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur. Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindən bu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslam Səfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olması səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə olunur. Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Layihə, həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinin inkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixi abidələrə marağını, gəzinti zamanı insanların təhlükəsiziyini artıracaq. İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Bəzi parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün şərait yaradılacaq” - məlumatda qeyd edilib.

Избранный
13
23
Ajans.az

10Источники