RU

Azərbaycan dili müəllimlərinin nəzərinə: bu ölkədə iş var – Əməkhaqqı isə…

Bişkek şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dili fənnini tədris edəcək müəllimin işə qəbulu üzrə müsabiqə elan olunur.

Bu barədə KONKRET.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məqsəd Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Qırğız Respublikasında tanıdılması və azərbaycançılıq ruhunun aşılanmasıdır.

Bildirilib ki, müəllimin əməkhaqqı Qırğız Respublikası tərəfindən, digər xərclər isə Azərbaycan tərəfindən qarşılanacaq.

İştirakçılar avqustun 28 -i saat 21:00-a qədər müraciətlərini [email protected] ünvanına göndərə bilərlər.

Namizəd üçün tələb olunan meyarlar:

müvafiq ixtisas üzrə ali pedaqoji təhsil;

MİQ-də iştirak və ya minimum 3 (üç) il pedaqoji staj;

multikultural mühitdə işləmək, təşəbbüskarlıq və ünsiyyət bacarıqları;

xarici dil bilikləri (rus və ya qırğız dili).

Tələb olunan sənədlər:

şəxsiyyət vəsiqəsinin surəti;

ali təhsil haqqında diplomun surəti;

tərcümeyi-hal (CV);

əmək kitabçasının surəti (əgər varsa);

tövsiyə məktubu (əgər varsa);

motivasiya məktubu (müsabiqədə iştirak məqsədini izah edən).

Müsabiqə üzrə mərhələlər:

– I mərhələ – müraciətlərin qəbulu və sənədlərin yoxlanılması;

– II mərhələ – pedaqoji fəaliyyətin qiymətləndirilməsi (müsahibə və ya dərs təqdimatı);

– ⁠III mərhələ – Müsabiqə komissiyası tərəfindən yekun qərarın verilməsi.

Əmək müqaviləsinin müddəti:

1 (bir) tədris ili.

Избранный
16
17
konkret.az

10Источники