RU

"Azərbaycanla hərtərəfli əməkdaşlığı davam etdirəcəyik" - Həştərxan qubernatoru


Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşüb. Qubernator daha sonra görüşün yekunlarına dair “Telegram” kanalında fikirlərini paylaşıb. "Azərbaycan Həştərxan regionunun əsas tərəfdaşlarından biridir. Bu ilin ilk yarısında Azərbaycana balıq ixracı 5 % artıb, tərəvəz və un məhsullarının tədarük həcmi də artmaqdadır.
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi sayəsində ticarət həcmlərinin daha da artırılmasını ən vacib vəzifə hesab edirik. Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin tərəfdaşlıq və qarşılıqlı faydalı şərtlər əsasında həyata keçirilməsi istiqamətində işləməyə davam edəcəyik", - qubernator qeyd edib.

Mətləb Salahov

Избранный
2
2
baki-xeber.com

3Источники