Bakı. Trend:
Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “AşağıVəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarınamedia-tur təşkil edilib.
Trend-inyerli müxbiri xəbər verir ki, jurnalistlərə “Aşağı Vəng”,“Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları barədəməlumat verilib.
“Azərenerji” ASC-nin baş mühəndisi Razim Qasımov bildirib ki,Kəlbəcər rayonunda 3 - 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8meqavatlıq “Nadirxanlı” kiçik su elektrik stansiyaları tikilib. Bustansiyaları su ilə təmin etmək üçün Lev çayının Tərtər çayınaqovuşmasından sonra baş suqəbuledici, eyni zamanda, Tutqu çayınınTərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb.
Bildirilib ki, müasir avadanlıqlarla təchiz edilmiş stansiyalarölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiyaolunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilətəxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci xanım MehribanƏliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində“AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçiksu elektrik stansiyalarının açılışında iştirak ediblər.