RU

Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-nin İrəvandakı səfiri Kristina Kvinlə görüşü zamanı Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb.

Onlar regional kommunikasiyaların açılması məsələsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Görüşdə tərəflər həmçinin Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin gündəliyini və onların inkişafı ilə bağlı gələcək addımları müzakirə ediblər.

Избранный
11
1
report.az

2Источники