RU

Ümumi təhsil müəssisələrində müəllimlərin sayı getdikcə azalır

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin sayında son illərdə azalma müşahidə olunur.

Dövlət Statistika Komitəsindən HİT.az-a verilən rəqəmlərə görə, 2022/2023-cü tədris ilində ümumilikdə 151 634 müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 150 868 nəfərə düşüb. 2024/2025-ci tədris ilinin əvvəlində isə müəllimlərin sayı daha da azalaraq 146 381 nəfər olub.

Cins bölgüsünə nəzər salsaq, qadın müəllimlərin sayında azalma daha kəskin hiss olunur. Belə ki, 2022/2023-cü ildə 124 293 nəfər qadın müəllim çalışırdısa, 2023/2024-cü ildə bu rəqəm 124 840 nəfərə yüksəlib, lakin 2024/2025-ci ildə 120 633 nəfərə enib.

Kişi müəllimlərin sayında da azalma qeydə alınıb. 2022/2023-cü ildə 27 341 kişi müəllim olduğu halda, bu göstərici 2023/2024-cü ildə 26 028 nəfərə, 2024/2025-ci ildə isə 25 748 nəfərə enib.

Beləliklə, son üç tədris ili ərzində ümumi təhsil müəssisələrində həm qadın, həm də kişi müəllimlərin sayında azalma müşahidə olunur.

Избранный
5
4
hit.az

5Источники