RU

Dövlət Xidməti: Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğın 1 ha ərazini əhatə edib

Bu gün saat 10:49 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində “Knar” boya anbarı və emalı zavodunda yanğın baş verməsi barədə çağırış daxil olub.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev bildirib:

“Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisə yerinə gələn əməkdaşlar havanın küləkli və yanğının mürəkkəb olmasını nəzərə alaraq 2 saylı çağırış edib. Çağırışa uyğun olaraq qüvvəllər hadisə yerinə cəlb edilib”.

O, qeyd edib ki, yanğın 1 hektar ərazini əhatə edib. Ərazidə 11 müxtəlif təyinatlı binalar - anbar, istehsalat sexi, inzibati bina və digər müxtəlif tikililər mövcuddur.

Yanğın məhdudlaşdırılıb, söndürülməsi istiqamətində işlər davam edir: “Hadisənin başvermə səbəbi araşdırılır. Yanğın baş verən hissədə istilik təsirindən ayrılan qazlardan bir neçə əməkdaşımızda zəhərlənmə halı aşkarlanıb. Həyatları üçün təhlükə yoxdur”.

Избранный
11
4
apa.az

5Источники