RU

Paytaxtda və Abşeronda oğurluq edən şəxslər saxlanılıblar

Abşeron rayonunda oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda rayon ərazisində iki vətəndaşa məxsus avtomobildən mobil telefonlar və məişət əşyaları oğurlayıb.

Məlumatı XQ-yə Daxili İşlər Nazirliyinin mətbuat xidməti verib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 22 yaşlı S. Rəcov müəyyən olunaraq saxlanılıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakinini aldadaraq telefonunu ələ keçirən və onun mobil tətbiqindən 1450 manat pul oğurlayan, əvvəllər məhkum olunmuş 33 yaşlı C. Yusifova da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Избранный
26
13
xalqqazeti.az

10Источники