Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Son vaxtlar bəzi sosial media platformalarında, xüsusilə də “TikTok”da trol fəaliyyəti göstərən kimlərsə mənim adımdan əsassız və yalan dolu provokativ məlumatlar yayırlar”.
Modern.az xəbər verir ki, bunu Milli Məcliisin deputatı Məlahət İbrahimqızı bildirib.Onun sözlərinə görə, növbəti belə yalan məlumat bugünlərdə “Tik-Tok”da yayılıb.“Bu xəbərə görə, guya mən, Azərbaycandan getmiş ermənilərə 30 il pensiya verilməsini təklif etmişəm. Bu, tamamilə böhtan və absurd iddiadır. Mən - Məlahat İbrahimqızı, əslən Qərbi Azərbaycandanam. Ailəmin mülk və evləri 1987–1991-ci illərdə erməni vandalları tərəfindən qəsb edilmişdir. Mən Qərbi Azərbaycandan qovulmuş yüzminlərlə soydaşımızdan biriyəm. Belə bir acı tarixi yaşamış bir insanın bu cür fikir söyləməsi mümkün deyil.
Bu yalanları yayan şəxslərə bir daha xatırlatmaq istəyirəm: provokativ, böhtan xarakterli və trol yazılarından əl çəksinlər! Azərbaycan ictimaiyyəti, eləcə də seçicilərim uzun illərdir mənim mövqeyimi tanıyır və bu cür yalanlara, saxta məlumatlara heç vaxt inanmayacaq”, - Məlahət İbrahimıqızı vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.