RU

“Hər şeyimizə həbs qoyublar" - Şərurlu İsfəndiyar kimə minnət qoyur?

Xəbər verildiyi kimi, “Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun bahalı avtomobilləri üzərinə həbs qoyulub. İcra məmuru iş adamının 482.000 ABŞ dolları borcunun olması ilə bağlı belə qərar qəbul edib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, İsfəndiyar Axundov icra məmurumun qərarı ilə razılaşmır.

Bu barədə açıqlama yayan Axundov hesab edir ki, həbs qoyulan 9 avtomobilin qiyməti borcundan qat-qat çoxdur: “Hər şeyimizə həbs qoyublar. Min nəfər işçimiz var, ayda bir milyon manat da vergi veririk. O borcu mən ödəyərəm. Bizim üçün çətin deyil, 1-2 illik pulumuzu yığıb verərik. Amma bunu vermək bizi yandırır, göynədir. Bizə qarşı heç bir sənəd yoxdur. Əgər dediklərimdə bir kəlmə yalan varsa, mənə ən ağır cəza verilsin. Bir daha deyirəm, lazımdırsa, o pulu ödəyərəm. Ancaq xahiş edirəm, bu məsələ araşdırılsın”.

“Şərur” MTK-ya məxsus sözügedən avtomobillər aşağıdakılardır:

- “Lx 600” MİNİK markalı, “AA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Lamborghini” markalı “YA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Toyota Hilux minik” markalı, “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy” markalı, "JN” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Rio minik” markalı, “PF” və "PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Carnival” markalı, "AT” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.

Избранный
35
22
mia.az

10Источники