RU

“Merano-Baku”nun ötən il gəlirləri azalıb

“Merano-Baku” ASC 2025-ci ilin 1-ci yarımilliyini 1 milyon 483 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövrünə şirkətin mənfəəti 1 milyon 432 min manat olub ki, bu da illik müqayisədə 4% artımdır.

Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Merano-Baku”nun əsas əməliyyat gəlirləri 13 milyon 90 min manat (6.4% azalma), satışın maya dəyəri 9 milyon 399 min manat təşkil edib. Şirkət yarım ildə 371 min manat mənfəət vergisi ödəyib.
Избранный
68
banker.az

1Источники