RU

Bəxtiyar Aslanbəyli: Ümid edirik ki, təhsillə bağlı layihələrimiz davamlı olacaq

Bakı, 22 avqust, AZƏRTAC

Layihə iştirakçilari aztəminatlı ailələrdən seçıliblər. Nəticədə 30 Azərbaycan gənci xarici təhsil ocaqlarına - Avropa, Asiya və ABŞ-ın nüfuzlu beynəlxalq universitetlərinə qəbul olub. Onların 28-i tam təqaüd proqramı alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O, qeyd edib ki, həmin layihə nəticə etibarilə gənclərin daha keyfiyyətli, daha müasir standartlara cavab verən təhsil alması deməkdir.

"Biz buna 28 gəncin timsalında 28 fərqli layihə kimi baxırıq. Ümid edirik ki, bu kimi layihələrimiz davamlı olacaq və beynəlxalq təhsil standartlarını daha çox Azərbaycan gənci üçün əlçatan edəcək", - deyə B.Aslanbəyli vurğulayıb.

Избранный
14
1
azertag.az

2Источники