RU

Şəhid Daşqın Şəfiyevin doğum günüdür

44 günlük Vətən Müharibəsinin şəhidi Daşqın Şəfiyevin doğum günüdür.

Modern.az-ın məlumatına görə, Daşqın Hidayət oğlu Şəfiyev 22 avqust 1989-cu ildə  Rusiyanın Krasnodar şəhərində doğulub. 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Daşqın Şəfiyev 2020-ci il noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Samux rayonunun Seyidlər kəndində Vətən torpağına əmanət olunub. Subay idi. 

Daşqın Şəfiyev ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Избранный
4
2
modern.az

3Источники