RU

Lavrov: Putin və Zelenski arasında görüş hələ gündəmdə deyil

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, prezident Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyə hazırdır.

Lakin Lavrovun sözlərinə görə, görüş üçün zəruri gündəlik hələ formalaşmayıb.

Editor.az xəbər verir ki, NBC News-a müsahibəsində Lavrov qeyd edib:

“Putin Zelenski ilə görüşə hazırdır, amma sammitin gündəliyi hazır olmayınca, belə bir görüşün keçirilməsi mümkün deyil. Hazırda isə gündəlik ümumiyyətlə mövcud deyil”, – deyə o bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Alyaskada Putinlə görüşündən, həmçinin Vaşinqtonda Zelenski və Avropa liderləri ilə apardığı danışıqlardan sonra Ağ Ev iki liderin sammiti üçün yer və tarix üzərində işləyir. Bununla belə, Moskva prosesə tələsmədiyini açıq şəkildə nümayiş etdirir.

Nəşrin məlumatına görə, Rusiya yaxın günlərdə həyata keçirdiyi ən iri hava hücumlarından birində, ABŞ investisiyaları ilə fəaliyyət göstərən zavod da daxil olmaqla, bir sıra hədəfləri vurmaqla, görüşə tələsmədiyini bir daha göstərib.

//Samir Qurbanov, Editor.az

Избранный
17
editor.az

1Источники