RU

Lukaşenkodan ABŞ-yə xəbərdarlıq: Bir gün eşitsəm ki...

BAKI, 22 avqust. TELEQRAF

“Vaşinqton mühacir Belarus müxalifətini dəstəkləməyə başlayarsa, Minsk ABŞ ilə dialoqu dayandıracaq”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Artıq amerikalılara xəbərdarlıq etmişəm biz bilən kimi ki, siz onlarla əməkdaşlığa və hansısa oyun oynamağa başlayırsınız, biz sizinlə bütün danışıqları dərhal dayandıracağıq”, - Belarus lideri bildirib.

Lukaşenko əlavə edib ki, ABŞ nümayəndələri onun mövqeyini başa düşüblər və Minsklə dialoqu davam etdirmək niyyətində olduqlarını vurğulayıblar.

Избранный
58
2
teleqraf.com

3Источники