RU

Kino müəssisələrinin idarə edilməsinə nəzarəti ARKA təşkil edəcək

Bu gün mədəniyyət nazirinin müavini xanım Səadət Yusifovanın rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin tabeliyindəki kino müəssisələrinin idarə edilməsinin və fəaliyyətinə nəzarətin Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən təşkil olunmasına dair iclas keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki,bu barədə ARKA məlumat yayıb.

Məlumatda bildirilir ki, giriş nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova kinematoqrafiya sahəsində fəaliyyətlərin təkmilləşdirilməsi üçün kino müəssisələrinin idarəçiliyinin optimallaşdırılmasının zəruriliyini vurğulayıb. Vahid tədbirlər planı çərçivəsində birgə fəaliyyətin əhəmiyyətini qeyd edən nazir müavini, qurumlararası kommunikasiya və düzgün təşkil olunmuş müasir korporativ idarə etmə münasibətlərinin dövlət tərəfindən görülən işlərin effektivliyini artıracağını bildirib.

Daha sonra çıxış edən Agentliyin baş direktoru Rəşad Əzizov kino sahəsində korporativ idarəetmənin tətbiqi istiqamətində atılacaq addımlar və gələcək planlar barədə ətraflı məlumat verib. Agentliyin strukturunun optimallaşdırılması və idarəçiliyində olan dövlət kino müəssisələrinin təmərküzləşmə modelini özündə əks etdirən təqdimat göstərilib.

Yekunda iclas iştirakçıları arasında fikir mübadiləsi aparılıb və ARKA-nın Müşahidə Şurasının sədri Cəmil Quliyev kino müəssisələrinin optimal idarəçilik modelinin tətbiqi münasibətilə iclas iştirakçılarını təbrik edərək, Azərbaycan Respublikasının Kino Agentliyinə bu məsuliyyətli işdə uğurlar arzuladı.


Избранный
12
3
kulis.az

4Источники