RU

İranda polislər GÜLLƏLƏNDİ: Ölənlər var

  Bu gün iranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində silahlı hücum baş verib.

Referans "Azad İran"a istinadən xəbər verir ki, naməlum silahlı şəxslər hücum zamanı polsilərin idarə etdiyi “Hilux” və “Samand” markalı avtomobillər hədəfə alınıb.

Hadisə nəticəsində avtomobildə olan beş polisin öldürüldüyü bildirilib. Hücumun baş verdiyi ərazidə olan yerli mənbələr silahlı şəxslərin hadisə yerindən polislərə məxsus silahları da götürdüklərini qeyd ediblər.

Hadisəyə görə hələlik heç bir qrup və ya şəxs məsuliyyəti üzərinə götürməyib.   

Избранный
14
referans.az

1Источники