RU

Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib YENİLƏNƏCƏK  

Amerikalı hakim və sosial media ulduzu Frank Kaprio 88 yaşında dünyasını dəyişib. Rod-Aylenddəki 40 illik karyerası ərzində o, müttəhimlərin şəxsi vəziyyətini nəzərə alan mərhəmətli və yumorla müşayiət olunan hökmlər verməsi ilə tanınırdı.

Hakim Kaprionun məşhur «Caught in Providence»"Providencedə tutuldu" adlı televiziya şousunda məhkəməyə sədrlik etdiyi videolar sosial mediada milyardlarla baxış toplayıb və ona "dünyanın ən şirin hakimi" adını qazandırıb.

Onun ölümü, eləcə də ondan əvvəl mədəaltı vəzi xərçəngi diaqnozu barədə xəbər  Instagramdakı hesabında elan edilib, sosial şəbəkədə "adamlarla qurduğu isti münasibət" və "insanların yaxşılığına sarsılmaz inamı" vurğulanıb.

Hakim Kaprio televiziya karyerasından əvvəl doğulduğu Rod-Aylend Providens şəhərində minlərlə işə baxıb.

Onun  məhkəmə iclasları aparmaq üslubu minlərlə  videoda əksini tapı. Məsələn, hakim uşaqları məhkəmə iclasları zamanı kürsüdə onunla oturmağa dəvət etmək, özünün təsviri olan "mini hakim" təmtəraqlı oyuncağının buraxıldığını bildimək və s. daxil olmaqla məşhurlaşıb.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Избранный
41
azerbaijan-news.az

1Источники